Bill Qeytsdən koronavirusla bağlı açıqlama: “Sərt tədbirlərə əl atılsaydı…”backend

ABŞ və Avropa İttifaqı koronavirus pandemiyasının başladığı ilk zamanda kobud səhvə yol verdiyindən, indi də pandemiyaya qarşı mübarizədə acizlik çəkir.

“Yeni Gündəm” xəbər verir ki, bunu  Microsoft şirkətinin yaradıcısı Bill Qeyts Polşanın “Gazeta Wyborcza” mətbu orqanın müsahibəsində deyib.

Onun fikrincə, Qərb ölkələri  gərək pandemiyanın ilk mərəhələlərində  əhalinin test olunması prosesinə başlayaraq, virusa yoluxanları təcrid etməklə xəstəliyin kəskin artmasına yol verməməli idilər. “Əgər onlar buna gedərək sərt  tədbrilərə əl atsaydılar, belə uzunmüddətli özünə təcridə ehtiyac qalmayacaqdı”- o qeyd edib.

Qeyd edək ki, Bil Qeyts bir müddət öncə  görülən tədbirlər nəticəsində dünya insanının koronavirusdan ancaq 2022-ci ildə  normal həyata dönə biləcəyini deyib.Ölkə.az