Binəli Yıldırım: “Qarabağ məsələsində siz yerdən göyədək haqlısınız”backend

Türkiyə olaraq biz Azərbaycanın bu haqlı davasında əvvəldən bəri yanındayıq. Heydər Əliyevin “İki dövlət – bir millət” anlayışını o gündən davam etdiririk”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Prezident İlham Əliyevin qəbulunda deyib.

“Bilirik ki, Qarabağ məsələsində siz yerdən göyədək haqlısınız. Qarabağ sadəcə işğalçılardan təmizlənir”, – o qeyd edib.