“Bioloji Təbabət” Klinikasının tibb işçiləri qəzaya düşdü: Ölən var – YENİLƏNDİbackend

DİN Masallıda baş verən yol qəzası barədə məlumat açıqlayıb.

DİN-dən “Yeni Gumdem”-ə verilən məlumata görə, mayın 17-də saat 13 radələrində Masallı şəhəri ərazisində rayon sakinləri İ.Nurəliyevin idarə etdiyi “Ford” markalı yük və S.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşduqdan sonra “Mercedes” markalı avtomobil aşıb. Nəticədə “Mercedes” markalı avtomobildə olan Lənkəran rayon sakini F.Qurbanova xəstəxanada ölüb.

Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

10:46

Masallıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.

“Yeni Gundem”-in xəbərinə görə, qəza nəticəsində avtomobildə olan xəstə vəfat edib.

Bundan başqa, “Bioloji Təbabət” Klinikasının Masallı filialının maşında olan 3 əməkdaşı xəsarət alıb. Onlardan ikisinin vəziyyəti stabildir, biri isə dərhal əməliyyata götürülüb./APA