“BioNTech” və “Pfizer” Avropaya vaksin ixracını azaldırbackend

“BioNTech” koronavirus vaksininin Avropaya ixracını müvəqqəti olaraq azaldır.

“Yeni Gündəm” xəbər verir ki, buna səbəb vaksin istehsalını artırmaq üçün emalat əməliyyatlarında dəyişiklik qərarıdır.

Biotexnologiya firması “BioNTech” və “Pfizer” tərəfindən yayımlanan birgə açıqlamada bildirilib ki, 2021-ci il üçün iki milyard doza vaksin istehsalını hədəfləyiblər və bunun üçün iş gedir.

“Doza miqdarı və istehsalı artırmaq üçün emalat əməliyyatları yenidən şəkilləndiriləcək”, – məlumatda qeyd olunub.

O da vurğulanıb ki, bu vəziyyət müvəqqətidir və yanvarın sonu-fevralın əvvəlində vaksin ixracına təsir göstərəcək.