Bir çıxışda min həqiqətin sübutubackend

Prezident İlham Əliyevin cari ilin 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya

haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda
“Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı bütün
revanşist qüvvələrin planlarını puç etdi. Məqaləmin adında da qeyd etdiyim
kimi cənab prezidentin bir çıxışı min həqiqəti sübuta yetirdi.
Cənab İlham Əliyev çıxışının giriş hissəsində qeyd etdi ki, İtaliya Azərbaycanın bir
nömrəli ticarət tərəfdaşıdır və iki ölkə arasında ticarət dövriyyəsinin 16 milyard dollar
səviyyəsinə yüksəlməsi bunun əyani sübutudur.
Dövlətimizin başçısı Forum iştirakçılarının diqqətinə onu da çatdırdı ki, Azərbaycan
İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Prezident İlham
Əliyev məhz bu məqamları vurğulamaqla Forum iştirakçılarına və qlobal siyasəti
formalaşdıran aparıcı aktorlara olduqca mühüm olan bu mesajı verdi: “Çünki bu onun
göstəricisidir ki, münasibətlər qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə
alınması üzərində qurulursa, o zaman tərəqqinin şahidi oluruq. Bu, bir-birindən
uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı
olduğunun nümunəsidir”.
Çernobbio Forumunda Azərbaycan Prezidentinin iştirakı həm də ona görə olduqca
əhəmiyyətlidir ki, bu tədbirdən iki ay sonra ölkəmiz COP29 kimi beynəlxalq səviyyəli
mötəbər platformaya ev sahibliyi edəcək. 200-ə yaxın ölkənin yekdil qərarı ilə həmin
tədbirin Azərbaycana etibar edilməsi ölkəmizə göstərilən beynəlxalq etimadın
təzahürüdür. Prezident İlham Əliyev COP29-a ev sahibliyi edəcək ölkənin dövlət
rəhbəri kimi qarşıya qoyduğu hədəfləri də beynəlxalq auditoriyanın diqqətinə çatdırdı:
“Biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal
çalışırıq… Yəni beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə qlobal
Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür”.
İtaliyaya işgüzar səfəri çərçivəsində Kənd Təssərrüfatı və enerji təhlükəsizliyi
sahələrində əməkdaşlığa dair ölkələrimiz arasında imzalanmış Anlaşma
Memorandumları, heç şübhəsiz ki, bütövlükdə Avrasiya məkanında inteqrasiya
proseslərinin dərinləşməsinə və milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olan enerji
təhlükəsizliyinin güclənməsinə xidmət edəcək. Həmçinin cənab İlham Əliyevin
Çernobbio Forumunda verdiyi mesajlar isə olduqca mürəkkəb geosiyasi şəraitdə
Azərbaycanın regionun aparıcı aktoru kimi tutduğu konstruktiv mövqe ilə bağlı
beynəlxalq auditoriyada daha dolğun və obyektiv qənaətin konsepsiyalaşmasına
geniş vüsət yaradacaq.
Sənan Hüseynov
Nyu-York Elmlər Akademiyasının üzvü
ADNSU III kurs tələbəs