Polşada legionelloza yoluxanların sayı 158 nəfərə yüksəlib.
“Yeni Gundem” “RİA Novosti” yə istinadən xəbər verir ki, haźırda Polşada “legioner xəstəliyi”nə daha çox rast gəlinir.
Qeyd olunur ki, bir neçə həftə əvvəl Polşanın Podkarpak vilayətinin Ukrayna sərhədinə yaxın Rzeşov şəhərində legionellyoz epidemiyası aşkar edilib. Daha sonra infeksiya Polşanın digər bölgələrinə də yayılıb.
Bundan əvvəl dünyada COVID-19-a yoluxma hallarının kəskin artdığı məlum olub. Qeyd olunur ki, iyulun 24-dən avqustun 20-dək olan müddətdə əvvəlki 28 günlə müqayisədə 63 faiz çox xəstəlik qeydə alınıb.
Mənbə: Lenta.Ru
Aynur Camal