“Bir çox məzunlar xaricdə təhsil aldıqdan sonra geri qayıdaraq bir çox müəssisələrdə çalışırlar. Proqram hazırlanarkən geri qayıtma məsələsi xüsusi diqqətdə saxlanılmalı məsələlərdən biridir”.
“Yeni Gündəm”-in xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”nın hazırlanmasına dair bu gün keçirdiyi brifinqdə bildirib. O deyib ki, bu gənclər lotoreyada uduş qazanan şəxslər deyil: “Ölkənin gələcəyi üçün peşəkar əmək fəaliyyəti qurmaq istəyənləri qalib görmək istəyirik.
Azərbaycan dövləti gənclərinə belə imkan yaradırsa, proqramın qalibi olan şəxslər sosial məsuliyyətini dərk edərək bu və ya digər formada Azərbaycanın inkişafında, dünyada maraqlarının müdafiəsində öz sahələri üzrə peşəkar fəaliyyəti ilə töhfə verməlidirlər”.