“Bir daha böyük qürurla “Qarabağ Azərbaycandır” deyirəm” – Fahrettin Altunbackend

“Türkiyə və Azərbaycanın Qarabağ müharibəsində ortaya qoyduğu həmrəylik haqlı tələblərimizin bütün dünyaya çatdırılmasını təmin etdi”.

“Yeni Gündəm” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıq əl-ələ verdikdə araş bilməyəcəyimiz əngəl olmadığını göstərib:

“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təlimatları və istiqamətləndirmələri ilə dekabr ayında imzaladığımız kommunikasiya sahəsindəki əməkdaşlıq sazişi ilə birlikdə bu sahədəki ortaqlığımız strateji səviyyəyə çıxdı.

Ortaq iradəmizin simvolu olan Türkiyə-Azərbaycan birgə media platforması kommunikasiya sahəsində qurula biləcək real və örnək bir nümunə təşkil edir.

İstəyirik ki, bu sahədəki strateji əməkdaşlıqlarımızı Türk Şurası üzvləri ilə birlikdə daha da genişləndirək, daha da gücləndirək, daha da təsirli hala gətirək.

Gələn il ev sahibliyi edəcəyimiz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin iclasına qədər bütün üzv və müşahidəçi dövlətlər kommunikasiya sahəsindəki əməkdaşlığı təşkil etmək istəyirik”.

O, nitqini tamamlayarkən dəvət üçün Hikmət Hacıyevə təşəkkür edib:

“Buradan bir daha qürurla “Qarabağ Azərbaycandır!” deyir, qardaşlarımızın sevincini paylaşıram”.