“Bir gün bütün həmkarların səni cinayətkar çıxara bilər” – Aysel Əlizadəbackend

“Deputat ola bilərsən, nazir ola bilərsən, kim istəyirsən, ola bilərsən və bir gün bütün həmkarların göstərişlə sənə qarşı çıxa bilər, toplaşıb səni cinayətkar çıxara bilər, müdafiə etməz bu məmləkətdə… Prokurorluq, Milli Məclis, ölkə mətbuatı işini gücünü atıb ağzına gələni danışar səninlə bağlı sən də o qədər köləsi olarsan ki xidmət etdiyin sistemin özünü savuna da bilməzsən…”

“Yeni Gündəm”-in xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə deyib.

“Açıb olanları danışa da bilməzsən və bitər… Belə bir məmləkət… Cəmiyyət üçünsə fərq etməz, popkorn alıb izləyər olanları. Çünki nə polisinə, nə deputatına güvəni var Azərbaycan insanının” – A.Əlizadə bildirib.