Bir gün koronavirusa yoluxan şagirdlərin sayı – CƏDVƏLbackend

Təhsil Nazirliyi ölkədə ümumi təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son statistikanı açıqlayıb.

“Yeni Gündəm” xəbər verir ki, sentyabrın 25-də 13 şagirddə koronavirus aşkarlanıb. İşçi heyət arasında yoluxma isə 7 olub.

Bu gün 86 şagird, 3 işçi heyətinin hərarət 37 dərəcədən yüksək olub.

Bu gün daha 2 sinif distant təhsilə keçib. Distant təhsilə keçən məktəb olmayıb. Bununla da distant təhsilə keçən siniflərin sayı 11-ə çatıb.