Bir ildir atalarını görmürdülər – Qazi ailələri Türkiyəyə aparıldı – VİDEObackend

“YAŞAT” Fondu Türkiyədə müalicə olunan hərbçilərimizə yeni il sürprizi edib. Bir ildir yaxınlarından uzaqda olan hərbçilərin ailələrinin Türkiyəyə səfəri təşkil olunub.

Ailələrlə İstanbulda hərbçilərin müalicə aldıqları xəstəxanada görüş təşkil olunub. Görüş qazilərin övladları üçün gözlənilməz olub. Bir ildir atalarını görməyən uşaqlar sevincdən göz yaşlarını saxlaya bilməyiblər. Qazilər Yeni il ərəfəsində ailələrinin, uşaqlarının yanlarında olmasına sevinən qazilər bu şəraiti yaratdığına görə “YAŞAT” Fonduna minnətdarlıqlarını bildiriblər.

“Qafqazinfo” qazilərin ailələri ilə görüşündən hazırlanmış videonu təqdim edib.