Bir qrup “əsir” geri verilir – Son dəqiqəbackend

Bir neçə erməni əsir Bakıdan İrəvana göndərilir.

“Yeni Gündəm” xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavininin mətbuat katibi Njde Ovsepyan deyib.

Azərbaycandan gətirilən bir qrup erməni əsirin olduğu təyyarənin İrəvanın “Erebuni” hava limanına enəcəyi bildirilib. Qaytarılan əsirlərin sayı məlum deyil.

Qeyd edək ki, rəsmi Bakı hələlik bu barədə açıqlama verməyib.

axar.az