Bir sıra ürək-damar xəstəlikləri xidmətlər zərfinə daxil ediləcəkbackend

Orqan transplantasiyası ilə bağlı əməliyyatların limiti artırılacaq, ürək damar xəstəlikləri ilə bağlı bir çox xəstəliklər də xidmətlər zərfinə daxil ediləcək.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

O bildirib ki, bu xidmətlər artıq aidiyyəti qurumlarla razılaşdırılıb və yaxın zamanda bunun öz təsdiqini tapmasını gözləyirlər.

“Ürək-damar genişlənməsi əməliyyatları da daxil ediləcək. Hazırda yenilənmiş xidmətlər zərfinin təsdiqlənməsini gözləyirik. Biz başlayanda 27 tibb müəssisəsi ilə müqaviləmiz var idi, indi bu say 92-yə çatıb”, – Zaur Əliyev qeyd edib.