“Bir virus daşıyıcısı bir neçə yüz sağlam insanı xəstələndirə bilər”backend

“Koronavirusla mübarizəylə bağlı laboratoriya imkanları böyük əhəmiyyət kəsb edir. Bizdə mövcud olan laborotoriyalar bu işə cəlb olunub”. 

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov çıxışında bildirib. O qeyd edib ki, bir neçə yeni laboratoriya da ölkəyə gətirilərək işə başlayıb

“Bu xəstəliyin bir neçə əlamətləri var. Təhlükəlidir və insan insandan insana tez keçir. İkincisi, inkubasiya dövrü kifayət qədər uzundur. Bundan əlavə, bu patologiyanı müalicə etmək üçün effektiv dərman preparatları və vaksinlər yoxdur. Biz yaxınlarımızı bəzən karantindən çıxarmaq istəyirik. Bir nəfər virus daşıyıcısı bir neçə yüz sağlam insanı xəstələndirə bilər. Bu ailə, yaxınlar üçün böyük təhlükədir. Karantinə ciddi fikir vermək lazımdır. Koronovirusdan qorxmaq lazımdırmı? Mən hesab edirəm ki, qorxmaq lazımdır. Ancaq ajiotaj və panika olmalı deyil”.