Birgə Mərkəz atəşkəsə nəzarət üçün PUA-lardan istifadə edəcəkbackend

Ağdam rayonunda fəaliyyətə başlamış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət üçün pilotsuz uçuş aparatlarından istifadə edəcək.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunub ki, mərkəz atəşkəs rejiminə əməl olunması, eləcə də tərəflər arasında əldə olunan razılaşmaları pozan fəaliyyətlər barədə məlumatların toplanması və yoxlanışını həyata keçirəcək:

“Nəzarət pilotsuz uçuş aparatlarının vasitəsilə, həmçinin digər mənbələrdən əldə edilən məlumatların təhlili yolu ilə aparılacaq”. (trend)