Birgəyaşayış prinsipi gələcəkdə dayanıqlı inkişaf üçün böyük zəmin yaradırbackend

Birgəyaşayış prinsipi gələcəkdə dayanıqlı inkişaf üçün böyük zəmin yaradır.

Dünya tarixindən bu günə qədər qüdrətli, qüvvətli, dözümlü və eyni zamanda son dərəcə qonaqpərvər, səmimi olan Azərbaycan xalqı bütün dünya xalqları içərisində ən çox seçilən,öz milli insani keyfiyyətlərini bütün millətlərlə sülh şəraitində yaşayıb mehriban münasibətdə olduğu gözəl xüsusiyyətlərini həmişə qoruyub saxlamiş və başqa millətlərə də nümunə göstərmiş bir xalq olmuşdur.
Dünya liderləri arasında özünəməxsus müsbət keyfiyyətlərini, əsl liderlik bacarığını, öz xalqına məxsus olan səmimi dost münasibətini bütün dünya xalqına aydın şəkildə sübut edib göstərən, onlarla açıq işgüzar əməkdaşlıq edən, öz Vətəninin qapılarını həm dost,həm də onun ölkəsinə qarşı düşmən mövqeyində olan hər hansı bir xalqın üzünə mehribancasına açan,onların bütün hüquq və imtiyazlarını, öz dövlət dillərinin qorunub saxlanılmasını, onların hər birinin öz milli dəyərlərinə qiymət verərək tolerantlıq prinsiplərini özündə saxlamasına şərait yaradan qüdrətli Prezidentimiz İlham Əliyev cənablarının bu yüksək insani keyfiyyətləri Azərbaycan xalqının öz ölkəsində, başqa xalqlarla birgəyaşayış modelinin ən bariz və həm də universal nümunəsidir. Cənab Prezidentimiz fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümündə yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında bu məsələlərə çox gözəl aydınlıq gətirmişdir. Azərbaycan Prezidentinin bu mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanındakı mühüm qələbəsidir desək yanılmarıq. Həqiqətən də, biz ziyalılar uzaq tariximizə diqqətlə nəzər saldıqda, xalqımıza həmişə düşmən mövqeyində olmuş ermənilərin bizim xalqın başına gətirdikləri olmazın müsibətləri, faciələri xatırlayırıq. Son müharibə zamanı Gəncə, Mingəçevir və sair şəhərlərə irimiqyaslı raketlərin atılması nəticəsində yüzlərlə dinc əhalinin ölümünə səbəb olmuş erməni vandallarının qəddarlığını düşündükcə və bütün bu ədalətsizliklərə baxmayaraq yenə də Cenevrə konvensiyalarının müddəalarını əsas tutaraq yalnız öz torpağında vuruşan və lideri ətrafında sıx birləşib qələbə çalan xalqımız heç bir dinc əhaliyə zərər vermədi. Öz sülhsevər millət  olduğunu qoruyub saxladı və bunu bütün dünyaya sübut etdi ki,yenə də sülhsevər Azərbaycan xalqı olaraq söyləyirik ki,erməni xalqı bizim torpaqlarda öz xalqımızla bir ailə kimi yaşamağa davam edə bilərlər. Bu birgəyaşayış prinsipi də gələcəkdə dayanıqlı inkişaf üçün böyük zəmin yaradır. Belə ki, sülhməramlı qüvvələrin yerləşdiyi sahədə müharibə risklərinin sıfıra enməsinə, bu sahələrdə inteqrasiyanın qurulmasına, hər iki ölkə Azərbaycan və Ermənistan rəsmiləri arasında təmasların qurulmasına, görüşlərin keçirilməsinə müsbət istiqamətdə nail ola bilərik.

İslamova Ülkər Gülağa qızı,
Saatlı rayonu Təhsil  Şöbəsinin metodisti