Birinci vitse-prezident qızları Leyla və Arzu Əliyevalar Gəncədəbackend

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva martın 6-da Gəncə şəhərinə səfər ediblər.

“Yeni Gundem” xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Sonra şəhər sakinləri ilə xatirə fotoları çəkdirilib.