“Biz ermənilərdən fərqli olaraq heç bir hərbi cinayət törətməmişik”backend

Təxminən iki il yarımdır ki, biz tamamilə xarabalığa çevrilmiş 10 min kvadratkilometrlik geniş ərazini bərpa edirik.

“Yeni Gundemxəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Dünya bu gün: Çağırışlar və Ümidlər” mövzusunda Bakıda keçirilən forumda deyib.

“Yeri gəlmişkən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Şuşada oldular, mən də orada panel müzakirəsi keçirdim.  Dağıntıları Füzulidə, Şuşada gördülər.  Bu, həqiqətən də barbarlığın əlamətidir.  Urbisiddir, kulturosiddir, ekosiddir.  Bütün bunları isə qonşularımız edib.  Azərbaycan xalqının qisas tələb etməyə mənəvi haqqı var və mən bunu başa düşürəm.  Amma sözlərimin mahiyyəti ondan ibarətdir ki, biz döyüş meydanında qisas almışıq.  Biz ermənilərdən fərqli olaraq heç bir hərbi cinayət törətməmişik.  Biz ermənilərdən fərqli olaraq soyqırım etməmişik.  Biz isə döyüş meydanında qisas aldıq.  Beləliklə, sülhün vaxtı çatıb”, – deyə dövlət başçısı vurğulayıb.

Fərahim Rəhimov