Bizi zorlayıb, videoya çəkirdilər: Əsir götürülən terroçu qadından ŞOK ETİRAFbackend

Türkiyə Silahlı Qüvvələrinin apardığı əməliyyat zamanı həbs edilən PKK terror təşkilatının üzvləri olan qadınlar şok etiraf ediblər.

“Yeni Gündəm” Türkiyə mediasına istinadən xəbər verir ki, 1997-ci il doğumlu iki terroçu qadın PKK-ya necə qoşulduqlarını etiraf ediblər. “Dəstəyə yeni gələn qadınları terroçuların rəhbərləri zorlayır, daha sonra bizi suda boğaraq sadiq olacağımıza and içdirirdilər. Onlar zorlama prosesini, həmçinin bizim sadiqlik andımızı videogörüntüyə alırdılar. Bizim oradan qurtulmaq şansımız yox idi. İki dəfə qaçmağa cəhd etsək də buna görə bizi isti dəmirlə bədənimizə işarələr qoyurdular. Oradakı heç bir qadının qaçmaq şansı yoxdur. Tələyə salınaraq ora gətirilən qadınlar hara gəldiklərini çox gec anlayır.”