Bizim də dövlət qayğısına ehtiyacımız var: Şabran sakinləri – VİDEObackend

Bura nə təmas xəttidir, nə də işğaldan azad edilmiş bir rayon. Görüntüləri Şabran rayonunun şəhər mərkəzində lentə almışıq. Xəlil Əhmədov küçəsi. Burdan rayon icra hakimiyyətinə 2 dəqlilik maşın yolu məsafəsi var. Amma küçənin vəziyyəti o qədər acınacaqlıdır ki, hərəkət etdikcə buralara heç vaxt insan ayağının dəymədiyi təəsürratına qapılırsan.

İcra hakimiyyətinin yerləşdiyi inzibati  binanın üst mərtəbələrindən boylanıb baxsan belə buraları görmək mümkündür. Amma nədənsə müvafiq şəxslər və yaxud qurumlar burdakı acınacaqlı durumu görməzdən gəlir.

Xəlil Əhmədov küçəsi ilə yanaşı ətraf küçələrin də durumu bir-birinə oxşardı.İnsanlar mövcud problemlər barədə icra başçısına da danışıblar. O da dinləyib və yaxın günlərdə onları aradan qaldıracaqına vəd verib. Amma o vədlərin heç birinə indiyə qədər əməl edilməyib.

Şabran şəhərində insanları məmnun edən 2 məsələ var. O da qaz və elektrik təchizatının günün tələblərinə cavab verməsidir.

Şabran rayonundan hazırladığımız reportajı sizə təqdim edirik: