Bizimkilər namus kursu açıb, dərs keçsin”backend

Aparıcı Ülvira Qarayeva sosial şəbəkədə paylaşdığı fikirlərlə diqqət çəkib.

“Yebi Gundem” xəbər verir ki, Neslihan Atagüllə həyat yoldaşı Kadir Doğulunun görüntülərində aktrisanın açıq geyinməsinə irad tutan azərbaycanlıları qınayıb.

Bu barədə Ülvira feysbukda paylaşım edib:

“Yutubda Neslihan Atagülün əri ilə birlikdə bir tədbirə qatıldığı video yayımlanıb. Bizimkilər doluşdu rəylərə, dirəşiblər ki, “bu qız niyə belə açıq geyinir?”, “yerinə utanırıq”, “əri hara baxır?” və s. Türkiyədən istifadəçilər “Sənə nə?” yazmaqdan bezdi, bizimkilər namus “taslamakdan” bezmədi. Ən rahatı bizimkilər namus kursları açsın, dünyaya 1-3-5 dərs keçsin”. (OLAY)