Blinken və Abbasdan sürpriz görüşbackend

Yaxın Şərq turu çərçivəsində bölgəyə gələn ABŞ dövlət katibi Antoni Blinken dünən İordan çayının qərb sahilində Fələstin administrasiyasının lideri Mahmud Abbasla görüşüb.

Ramallahda keçirilən görüş Blinkenin rəsmi proqramına daxil edilməsə də, təhlükəsizlik baxımından görüşün əvvəlcədən elan edilmədiyi bildirilib.

Görüş zamanı Abbas humanitar yardımın Qəzza zolağına daxil olmasına icazə verilməli və “dərhal atəşkəs” elan edilməli, Blinken isə ABŞ-ın Qəzzaya humanitar yardım çatdırmaqda qərarlı olduğunu bildirib.

Lakin Blinken görüş zamanı “atəşkəs çağırışı” etmədiyi bildirilib.

ABŞ-lı nazir “Fələstinlilərin köç etməyə məcbur edilməməli” olduğunu və ABŞ-ın müstəqil Fələstin dövlətinin qurulması səylərini dəstəklədiyini bildirib. Blinkenin “Qərbi Şəriyədəki Fələstin rəhbərliyinin Qəzzanın gələcək vəziyyətində mühüm rol oynaması lazım olduğunu” dediyi də diqqətə çatdırılıb.

Qeyd edək ki, Blinkenin bölgədəki gələcəyi ilə bağlı söz-söhbətlər yarandıqdan sonra fələstinlilər etiraz aksiyaları təşkil ediblər.

Blinken Yaxın Şərq təmasları çərçivəsində İsraildə əvvəlcə baş nazir Binyamin Netanyahu, daha sonra İordaniyanın paytaxtı Əmmanda bölgə ölkələrinin xarici işlər nazirləri ilə görüşüb. Dünən Abbasla görüşündən sonra Cənubi Kipr Rum İdarəsinə gedən Blinken axşam saatlarında Türkiyəyə eniş edib. ABŞ nazirinin bu gün xarici işlər naziri Hakan Fidanla görüşü gözlənilir.

Mənbə: hurriyyət.tr

Aynur Camal