Bloklarda gecələyən gənc Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib – FOTObackend

Sosial şəbəkələrdə çətin həyat şəraiti ilə üz-üzə qalması, bloklarda gecələməsi ilə bağlı barəsində məlumat paylaşılan gənc oğlan Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Elmirin vəziyyəti barədə xəbər tutan kimi Sosial Xidmətlər Agentliyinin əməkdaşları dərhal onunla görüşmək üçün barəsində məlumatı paylaşan xanımla əlaqə saxlayıblar. Elmirin yaşadıqları, ehtiyacları öyrənildi:

“Elmir artıq Sosial Xidmətlər Agentliyinin Həssas əhali qrupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsindədir. İsti mühit və gündəlik qidalanma ilə təmin edilir. Elmirin sonrakı dövrdə məşğulluğunun təmini üçün də çalışacağıq”.