BMqT-nin Azərbaycan nüməyəndəliyi Ağdam rayonundakı kəhrizlərdə təmir işlərini davam etdirirbackend

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin kankanları (kəhriz ustaları) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində hazırda Ağdam rayonunun Mirəşelli kəndinin ərazisində yerləşən Şəmsi kəhrizində bərpa-təmir işləri aparır.
Qeyd edək ki, dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.