BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fövqəladə Hallar Nazirliyində olubbackend

Yanvarın 21-də BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev ilə görüşmüşdür.

“Yeni Gündem”-in məlumatına görə, görüş zamanı Qyorqiyev təşkilatın ölkədə həyata keçirilən layihələri çərçivəsində nazirliklə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirdi. O, Fövqəladə Hallar Nazirliyinin BMT-nin Beynəlxalq Axtarış və Xilasetmə üzrə Məşvərət Qrupu (İNSARAG) ilə birgə Bakıda keçirdiyi “Zəlzələ hadisələrində cavabvermə tədbirləri” mövzusunda regional təlimin uğurla başa çatması münasibətilə təbrik etdi.
Qyorqiyev BMqT-nin Azərbaycan nümayəndəliyinin BMT-nin Ölkə üzrə komandasının tərkibində təlimlərdə də fəal iştirak etdiyini və BMqT-in Düşərgələrin Koordinasiyası və İdarəedilməsində (CCCM) sektor lideri kimi təcrübələrini bölüşdüyünü bildirdi. Cənab Qyorqiyev BMqT-nin yerdəyişməsini və əhalinin hərəkətliliyini izləyən bir sistem olan Yerdəyişməni İzləmə Matriksi haqqında məlumat verdi və BMqT-nin Azərbaycan nümayəndəliyinin hər iki sahədə Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq etmək istəyini ifadə etdi.
Öz növbəsində Etibar Mirzəyev BMqT-nin hökümətə verdiyi dəsətəyə və INSARAG-da fəal iştirakına görə Qyorqiyevə təşəkkürünü bildirdi və BMqT ilə əməkdaşlıqda bundan sonra da maraqlı olduqlarını bildirdi. Cənab Mirzəyev qonaqlara nazirliyin ölkədəki fövqəladə hallara cavab tədbirləri və regional əməkdaşlıq təcrübələri məlumat verdi.
Görüşün sonunda tərəflər qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bir daha vurğuladılar və qeyd olunan mövzuların müzakirəsi üçün işçi görüşünün davam etdirilməsinə razılıq verdilər.