BMT Baş Assambleyasının prezidentinin ölkəmizə səfəri başa çatıbbackend

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösinin Azərbaycana səfəri martın 3-də başa çatıb.

“Yeni Gundem” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər yola salıb.