BMT Baş katibi: Hazırkı templə gender bərabərliyinə nail olmaq üçün 300 il lazımdırbackend

Bütün dünyada qadın hüquqları sahəsində əldə olunmuş irəliləyiş gözümüzün qarşısında yox olmaqdadır. Son proqnozlara görə, hazırkı templə gender bərabərliyinə tam nail olmaq üçün daha 300 il lazım olacaq.

“Yeni Gundem”-in xəbərinə görə, bu barədə BMT Baş katibi Antonio Quterreşin Beynəlxalq Qadınlar Günü münasibətilə yazdığı məqalədə qeyd edilib.

“Ukraynadakı müharibədən tutmuş fövqəladə iqlim vəziyyətinə qədər bu gün bir birinin üstünə gələn böhranlar ilk növbədə və ən çox qadın və qızlara təsir edir. Demokratiyanın qlobal səviyyədə geriləməsi fonunda isə qadınların öz bədənlərinə dair hüquqları və şəxsi həyatları ilə bağlı müstəqilliyi şübhə altına alınır və inkar edilir”, – Baş katib vurğulayıb.

APA