BMT Əfqanıstana humanitar yardım göndərdibackend

BMT Əfqanıstana humanitar yardım göndərib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Orta Asiya Nümayəndəliyi açıqlama yayıb.

Bildirilib ki, humanitar yardımı daşıyan təyyarə Özbəkistanın Əfqanıstanla sərhədindəki Tirmiz hava limanına enib.

32 tonluq humanitar yardım əsas ehtiyac məhsullarından təşkil olunub.

Qeyd edilib ki, yardım Tirmiz aeroportundakı logistika mərkəzində yük maşınlarına yüklənərək, Termez-Hayratan sərhəd-keçid məntəqəsindən Əfqanıstanın Məzari-Şərif şəhərinə çatdırılacaq.