BMT-nin baş katibi: Danışıqlar, görüşlər Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymayacaqbackend

Danışıqlar, görüşlər Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymayacaq.

“Yeni Gündəm” “RBC Ukrayna”ya istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra bildirib.

Onun sözlərinə görə, müharibə Rusiyanın onu dayandırmağa qərar verdiyi zaman bitəcək: “Biz istədiyimiz qədər görüşlər keçirə bilərik, lakin bunlar müharibəni sonlandırmayacaq”