Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada indiyədək 3400-dən çox uşağın öldüyünü, 6300-dən çox uşağın isə yaralandığını açıqlayıb.
“Yeni Gundem” xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini BMT Təhlükəsizlik Şurasının iclasında Qəzza ilə bağlı qiymətləndirmələr edib.
Lazzarini son üç həftədə Qəzzada öldürülənlərlə bağlı bunları deyib: “Onların demək olar ki, 70 faizi uşaq və qadınlardır” və əlavə etdi: “Bunlar sadəcə itki ola bilməz. Köçkünlərə sığınan kilsələr, məscidlər, xəstəxanalar, mülki obyektlər diqqətə alınmadı. Bir çox insan beynəlxalq humanitar qanunlarla qorunur. Qəzzada mövcud blokada kollektiv cəzanın bir növüdür”.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Russel Qəzzada indiyədək 3400-dən çox uşağın öldüyünü, 6300-dən çox uşağın isə yaralandığını bildirib.
Russel, “Bu o deməkdir ki, Qəzzada hər gün 420-dən çox uşaq ölür və ya yaralanır. Bu rəqəm bizim hər birimizi kökündən sarsıtmalıdır. Biz və sizin bu uşaqları bu zorakılıq spiralından xilas etmək üçün gücümüz var” deyə vurğulayıb.
Təhlükəsizlik Şurası isə, “Tərəfləri dərhal beynəlxalq hüquq çərçivəsində öhdəliklərini xatırladan bir qətnamə qəbul etmələrini xahiş edirəm. Uşaqların hamısı sülhə layiqdir. Uşaqlar münaqişələri başlada bilməz və onları dayandırmağa gücləri yoxdur” deyib.
Mənbə: İLKHA
Aynur Camal