BMT Təhlükəsizlik Şurası yanvarın 31-də Ukraynakı vəziyyətlə bağlı iclas keçirəcək.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasında sədrlik edən Norveçin BMT-dəki daimi nümayəndəsi məlumat verib.
“İclas bazar ertəsi saat 10:00-da (red-Bakı vaxtı ilə 11:00) keçiriləcək”, – deyə açıqlamada deyilir.
İclasın ABŞ tərəfinin təklifi ilə keçiriləcəyi və Rusiya-Ukrayna sərhədində yaranmış vəziyyətə həsr olunacağı vurğulanıb.