BNA-dan gecikən marşrutlarla bağlı XƏBƏRDARLIQbackend

Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma xidməti göstərən hüquqi və fiziki şəxslərə rəsmi xəbərdarlıq məktubu göndərib.

Bunu qurumun şöbə müdiri Vüqar Məmmədzadə bildirib.

Onun sözlərinə görə, mətbuatda öz əksini tapmış 165 nömrəli marşrutdakı nöqsanlarla bağlı monitorinq aparılıb: “Monitorinq zamanı qeyd olunan məqamlar öz təsdiqini tapıb.Belə ki, 165 nömrəli marşrutda 18 ədəd avtobus 6-7 dəqiqə hərəkət intervalı ilə xidmət göstərməsinə baxmayaraq, günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yollarda, xüsusən Binəqədi şosesində yaranan nəqliyyat sıxlığı avtobuslararası hərəkət intervalında ləngimələrə, eyni zamanda marşrutda avtobusların ümumi dövrünün gecikməsinə səbəb olur. Buna baxmayaraq, adıçəkilən marşrutun istismarçısı olan “Çinar-Trans” MMC-nin məsul şəxsləri ilə məsələ müzakirə edilərək fəaliyyətlərində əsaslı dönüş edərək avtobusların əsaslı təmir olunması və nəqliyyat vasitələrinin iritutumlu avtobuslarla əvəz edilməsi, o cümlədən digər nöqsanların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib. Həmçinin mövcud çatışmazlıqlarla bağlı müntəzəm sərnişindaşıma xidməti göstərən şəxslərə xəbərdarlıq edilib”.

Report