Bolqarıstan prezidenti Bakıdadırbackend

Bolqarıstan Prezidenti Rumen Radev X Qlobal Bakı Forumunda iştirak etmək üçün martın 10-da Azərbaycana işgüzar səfərə gəlib.

“Yeni Gundem” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstan Prezidentini Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və digər rəsmi şəxslər qarşılayıblar.

Fərahim Rəhimov