Bolqarıstanda avtobus faciəsi, azı 46 nəfər öldübackend

Bolqarıstanın paytaxtı Sofiyanın qərbində Şimali Makedoniyaya məxsus avtobus yanıb.

“Yeni Gündəm” xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğın zamanı azı 46 Şimali Makedoniya vətəndaşı ölüb.

Hadisə Pernik şəhərində qeydə alınıb. Məlumata görə, avtobus yol kənarındakı maneəyə çırpıldıqdan sonra alışmağa başlayıb. Ölənlərdən 12-nin uşaq olduğu bildirilir.

Yaralanan 7 nəfər isə Sofiyadakı xəstəxanaya çatdırılıb.