Borrelin Moskva ilə bağlı bəyanatları ziddiyyət təşkil edir – Rusiya XİNbackend

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin Moskvaya səfərinin nəticələrinə dair şərhləri Rusiya Xarici İşlər Nazirliyini təəccüb içində qoyub.

“Yeni Gündəm” xəbər verir ki, Borrellin səfərdən sonra Rusiya ilə bağlı açıqlamalarının onun Moskvadakı bəyanatları ilə ziddiyyət təşkil etdiyi bildirilir.

Bildirilir ki, Borrellin Brüsselə qayıdarkən Rusiyanı tənqid etməsi ilə Moskvadakı çıxışları üst-üstə düşmür.

Rəsmi Moskvanın fikrincə, Borrel Avropada təzyiqə məruz qalıb. Bu da Aİ siyasətinin əslində necə və kim tərəfindən qurulduğunu təsdiqləyir.

Qeyd edək ki, Borrel 4-6 fevral tarixlərində Moskvaya səfərinin ardınca Rusiyanın getdikcə Avropa İttifaqından uzaqlaşdığı fikrini bildirmişdi. Onun fikrincə, bu, demokratik dəyərləri mövcud bir təhlükə kimi qəbul edən Rusiyanın günahıdır və buna görə sanksiyalara məruz qala bilər. Moskvada isə Borrel Rusiya ilə Avropa İttifaqının əməkdaşlıq edə biləcəyi və birlikdə işləyəcəyi sahələrin olduğunu söyləmişdi.