“Boşanmaların artdığı vaxtda biz ayrılmadıq” – Fotolarbackend
“Ər və arvad” serialından qalmaqallı şəkildə ayrılan aktrisa Kəmalə Piriyeva ilə aktyor Elcan Rəsulov yeni layihədə bir araya gəlib.

“Yeni Gündem” xəbər verir ki, tanınmış cütlük ATV-də yayımlanan “1 kişi, 1 qadın” serialında rol alıb. Elcanla Kəmalə ekran işindən çəkilən görüntüləri instaqram sosial şəbəkəsində paylaşıblar.

E. Rəsulov layihənin bir kadrına maraqlı şərh də yazıb: “Boşanmaların artdığı vaxtda belə biz ayrılmadıq. Tezliklə yenə ATV-də evimizə qonaq gələcəksiniz”.

Qeyd edək ki, “Ər və arvad” layihəsindən birinci Elcan Rəsulov ayrılmışdı. Daha sonra Kəmalə onun addımını təkrarlamışdı. Elcan layihənin rejissoru Aqil M. Quliyevin işləmədiyini, təkrarçı olduğunu qeyd etmişdi.