Böyük Britaniyanın Baş naziri bu gün səlahiyyətlərinin icrasına başlayacaqbackend
Bu gün Böyük Britaniyanın yeni Baş naziri Liz Tras kraliça II Elizavetlə Şotlandiyanın Balmoral şəhərində görüşəcək.
Məlumatı BBC yayıb.
Bildirilib ki, Krallıq tarixində ilk dəfə kraliça yeni Baş naziri Şotlandiyada qəbul edəcək. Keçmiş Baş nazir Boris Conson sentyabrın 6-da Dauninq-stritdə vida çıxışı edəcək. Oradan isə kraliça ilə görüşüb istefasının qəbul edilməsini xahiş etmək üçün Balmorala yola düşəcək. O, yeni Baş naziri Liz Trası kraliçaya təqdim edəcək. Bundan sonra kraliça yeni Baş nazirə Dauninq-strit № 10-un (hökumətin yerləşdiyi binanın) açarını verəcək.
Bu mərasimdən sonra Liz Tras Londona qayıdacaq, orada hökumət başçısı qismində müraciət edəcək.
Məlumata görə, sentyabrın 6-da Liz Tras enerji daıyıcılarının qiymətinin 2024-cü ilədək dondurulacağını açıqlayacaq.
Oktyabrın 1-dən Britaniyada elektrik enerjisinin qiymətləri 80 faiz artacaq. Liz Tras qiymət həddini 1 971 funt sterlinq (2 300 dollar) səviyyəsində təyin etmək niyyətindədir. “Bloomberg”in məlumatına əsasən, yeni Baş naziri Liz Tras iqtisadi proqramının bir hissəsi olaraq inflyasiya və enerji böhranı ilə mübarizə üçün 130 milyard funt-sterlinqə qədər vəsait ayırmağı planlaşdırır.