Böyük Britaniyanın Baş naziri Prezident İlham Əliyevə məktub ünvanladıbackend

Böyük Britaniyanın Baş naziri Boris Conson Azərbaycan Prezidenti İlham Əliyevə IX Qlobal Bakı Forumunun öz işinə başlaması münasibətilə məktub ünvanlayıb.

“Yeni Gündəm”-in xəbərinə görə, mətndə deyilir:

“IX Qlobal Bakı Forumunun açılışı münasibətilə sizi təbrik edirəm. Keçmişin, indinin və gələcəyin liderlərinə günün ən aktual problemlərini nəzərdən keçirmək üçün bu mühüm fürsəti təmin etdiyiniz üçün bir daha təşəkkür edirəm.

Rusiyanın Ukraynaya qeyri-qanuni və əsassız müdaxiləsini Forumun əsas mövzusu etmək qərarınızı yüksək qiymətləndirirəm. Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı hücumu qlobal sülh və təhlükəsizliyə qarşı edilmiş bir hücumdur. Mariupol va Ukraynanın digər şəhərlərində sakinlərin vəhşicəsinə qətli və şəhərlərin tamamilə dağıdılması gələcəyə qorxulu mənzərə təqdim edir: beynəlxalq hüquqdan imtina və müstəqil dövlətlərin suverenliyinə hörmətsizlik. Rusiyanın davranışı təhlükəsizlik və dünyanın böyük hissəsi üçün uzunmüddətli nəticələrə səbəb olacaq – yalnız Putinin çirkin blokadasının qlobal ərzaq təhlükəsizliyinə olan təsirinə baxmaq kifayət edir. Biz Ukraynanın cəsur müdafiəçilərini silahlandırmaq, həyati humanitar və iqtisadi yardım göstərmək və Rusiyanın Ukraynadan çıxmasını təmin etmək üçün bu məsəlǝdə birlikdə hərəkət etməliyik.