Böyük Mərcanlı kəndindən olan baş redaktor: “İnsan hisslərini gizlədə bilmir”backend

“Ümid edirəm ki, tezliklə öz dədə-baba yurdumuza qayıdacağıq”.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri Modern.az saytının baş redaktoru Əfqan Qafarlı ötən gün Azərbaycan Ordusunun keçirdiyi əks-hücum nəticəsində işğaldan azad edilən kəndlər barədə təəssüratlarını bölüşərkən deyib. O, azad olunan kəndlər arasında olan Cəbrayılın Böyük Mərcanlı kəndindən olan Ə.Qafarlı hisslərini sözlə ifadə edə bilmir:

“Azərbaycan Ordusu bizi qürurlandırır. Ötən gündən bəri hər kəs kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. Hərbiçilərimiz çox böyük qəhrəmanlıqla bir neçə kəndi işğaldan azad etdi. Mən özüm Böyük Mərcanlı kəndindən olduğum üçün əraziləri çox yaxşı tanıyıram. Böyük Mərcanlı kəndi ilə Cocuq Mərcanlı kəndi arasında Arazboyu ərazilərdə daha iki kənd – Çaxırlı və Mehdili yerləşir.

Ordumuzun keçirdiyi uğurlu əks hücum nəticəsində tək Cəbrayıllıların yox, bütün Azərbaycanın sevincinə səbəb olub. Bu bizim qələbəmizdir. İnsan hisslərini gizlədə bilmir. O torpaqlar bizim dədə-babalarımızın yurdudur. Orada hər birimizin əzizlərinin qəbirləri var. Arzumuz odur ki,tez bir zamanda torpaqlarımıza gedək və o yerləri ziyarət edək”.Oxu.az