“Böyük şərəfdir” – Tramp ilk dəfə KXDR-də + Videobackend

ABŞ Prezidenti Donald Tramp Koreya yarımadasında hərbsizləşdirilmiş zonaya gedib.

“Yeni Gundem” “CNN”ə istinadən xəbər verir ki, o burada Şimali Koreya lideri Kim Çen Inla görüşüb.

İki ölkə lideri hərbsizləşdirilmiş zonada bir-biri ilə əl sıxıb.

“Böyük şərəfdir”, – ilk dəfə KXDR ərazisinə ayaq basan Tramp deyib.

Xatırladaq ki, hər iki ölkə rəhbərinin bundan əvvəlki görüşü Xanoyda keçirilən fevral sammitində olmuşdu.