“Böyük siyasətə qayıtdım” – Köçəryanbackend

“Böyük siyasətə qayıtdım”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.

O, 12 ildən sonra yenidən siyasətə qayıtmasını belə izah edib: “İndi hər zamankından daha çox peşəkarlara ehtiyac var. İndi anlaşılan və güclü şəxsiyyətlərə böyük tələbat var. İnsanlar populizmin meyvələrini daddılar, rəngli inqilabların nəticələrini və təcrübəsi olmayan insanların işlərini daddılar. Sayğac əks istiqamətdə hərəkət etdi və tamamilə fərqli tiplərə ehtiyac var, tamamilə fərqli komandalar – peşəkar menecerlər komandaları, iradəsi olan insanlar, həqiqətləri söyləyə bilən, rəqiblərinin gözünə baxan insanlar lazımdır. Və Ermənistanda belə bir komanda var”.