“Böyük yeddilik” Ukraynaya 24 milyard dollar ayırdıbackend

“Böyük yeddilik” (“G-7”) ölkələri 2022 və 2023-cü illər üçün Ukraynaya əlavə dəstək məqsədi ilə 24 milyard dollardan artıq maliyyə vəsaiti ayıracaq”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “G-7”liyə daxil olan ölkələrin maliyyə nazirləri yaydıqları birgə bəyanatda bildiriblər.

Bəyanatda rəsmi Kiyevə daha böyük məbləğdə maliyyə dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar: “Ukrayna xalqını və hakimiyyətini tərəddüd etmədən və səmimi həmrəyliklə dəstəkləyirik”.

“Böyük yeddiliyin” nazirləri “G-20”liyin, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankının iştirakı ilə bu həfətə keçiriləcək beynəlxalq foruma Rusiyanın nümayəndəsinin qatılacağını təəssüf hissi ilə qeyd ediblər: “Beynəlxalq təşkilatlar və çoxtərəfli forumlar Rusiya ilə adi manevrlə davranmamalıdır”.

Report