Braziliyada daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 120-ni keçibbackend

Braziliyada leysan yağışlar nəticəsində baş verən sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 126-ya yüksəldiyi, 2 nəfərin itkin düşdüyü bildirilib.

“Yeni Gündəm” xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Braziliya hökuməti tərəfindən rəsmi açıqlama verilib. Açıqlamada 9302 nəfərin evsiz qaldığı, itkin düşən 2 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Pernambuko əyalət rəsmiləri təbii fəlakətin 51 şəhərdə, xüsusən də Resife şəhərində dağıntılara səbəb olduğunu, 31 şəhərdə fövqəladə vəziyyət elan edildiyini, evsiz vətəndaşlar üçün isə əyalətdə cəmi 111 sığınacaq qurulduğunu açıqlayıb.

Qeyd edək ki, bu fəlakətlər Pernambuko əyalətində son 56 ilin ən böyük fəlakəti olaraq qeydə alınıb. 30 may 1966-cı ildə ştatda daşqın nəticəsində 175 nəfər həlak olmuşdu.