Braziliyada uçuş zamanı təyyarənin qapısı açıldı – VİDEObackend

Braziliyada Jordao şəhərindən Rio-Branko şəhərinə səfər edən sərnişin təyyarəsinin qapısı uçuş zamanı açılıb. Sərnişinlər açılan qapını tutmaq məcburiyyətində qalıblər.

“Yeni Gündəm”-in məlumatına görə, 10 sərnişin və iki ekipaj üzvünün olduğu təyyarədə qorxu dolu anlar yaşanıb. Sərnişinlər təyyarə yerə enənə qədər qapını tutub saxlamağa müvəffəq olublar.

Baş verən hadisənin əks olunduğu video sosial şəbəkələrdə yayıldıqdan sonra məsələ ilə bağlı araşdırma başlanıb.