Bred Pittlə öpüşdüyünü etiraf etdi – FOTObackend

32 yaşlı avstraliyalı aktrisa Margot Robbie filmin çəkiliş meydançasında Bred Pittlə qəsdən necə öpüşdüyünü danışıb.

“Yeni Gundem” bildirir ki, Margot Robbie məşhur Hollivud aktyoru ilə baş rolları canlandırdığı yeni “Babylon” filmindən danışıb. Margot Robbie xüsusilə layihənin ən unudulmaz səhnələrindən biri – öpüşmələri barədə haqqında etiraflar edib.

Avstraliyalı məşhurun ​​sözlərinə görə, Pittlə öpüş əslində improvizə edilib.

“Bu ssenaridə yox idi, amma mən belə elədim. Bred Pitti başqa nə vaxt öpmək şansım olacaqdı? Mən bunu edəcəm dedim və elədim”- aktrisa deyib.

Robbi öpüş səhnəsinin heyrətamiz olduğunu deyib. O, həmçinin əlavə edib ki, filmin rejissorunu bu səhnəni canlandırmaq üçün razı salmalı olub.

Açıklama yok.
“Dedim, Damien, məncə, Nelli sadəcə gəlib Ceki öpəcək.” Damien isə dedi: “Yaxşı, özü bilər… Dayan, dayannn. Sən sadəcə Bred Pitti öpmək istəyirsən!”

Mən dedim: “Oh, hə, məni məhkəməyə ver. Belə bir fürsət bir daha təkrarlana bilməz”.
Qeyd edək ki, avstraliyalı aktrisa və Bred Pitin baş rollarını canlandırdığı filmin treyleri 25 dekabr 2022-ci ildə geniş ekranlarda yayımlanacaq.

Xatırladaq ki, Margot Robbie və Bred Pitt XX əsrin əvvəllərində də Hollivud haqqında birgə film təqdim etmişdilər.