“Brent” 54 dollardan satılırbackend

Dünya bazarlarında “qara qızıl”ın qiyməti bahalaşmağa davam edir.

“Yeni Gündəm” xəbər verir ki, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 0,92% bahalaşaraq bir barrelə görə 54,02 dollar olub.

“WTI” markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,5% artaraq bir barrelə görə 50,26 dollara yüksəlib.

Xatırladaq ki, “Brent” markalı neftin qiyməti 54 dollar səviyyəsini sonuncu dəfə 2020-ci il 26 fevralda keçmişdi