Müğənni Səidə Dadaşova illərdir küsülü olduğu xalası, Xalq artisti Brilliant Dadaşovadan danışıb. Axşam.az xəbər verir ki, “Xəzər axşamı” proqramına gələn sənətçi bu haqda sualları cavablandırıb. Verilişdə Səidənin xalaları Brilliant və İradə Dadaşova ilə mahnı oxuması nümayiş olunub.
Səidə aparıcı Mətanət Əliverdiyevanın “Nə yaxşı bir yerdəsiniz” sualına belə cavab verib:
“Burada nə var ki… Bu normal haldır. Biz bir yerdə bir səhnəni də bölüşə bilərik. Siz bizi hər yerdə görə bilərsiniz. Bu, məclis Brilliant xanımın təşəbbüsü ilə keçirildi. Ona söyləyiblər ki, biz Səidə xanımın da bu məclisdə iştirak etməsini istəyirik. Dedilər ki, belə bir məclis var, mən də gəldim. Dedim ki, eşq olsun səhnəmizin Brilliantına. Yaxşı ki, səhnəmizin brilyant səsli ifaçısı var. Yaxşı ki, bizimsiniz, çünki Brilliant Dadaşova olduğu yerdə sənət, musiqi, məktəb və dünya var. Bunu hər zaman demişəm. Təəccüblənməyin, biz hər yerdə ola bilərik və sürprizlərlə doluyuq.Sənətkarla bir səhnəni paylaşmaq mənim üçün şərəfdir”.
Qeyd edək ki, Səidə B.Dadaşovanın bacısı Sədaqət Dadaşova ilə mərhum Xalq artisti Rafael Dadaşovun qızıdır. Səidə uzun illərdir anası ilə küsülüdür.