Böyük Britaniya Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa dair sülh razılaşmasından razıdır.
“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Britaniyanın Xarici İşlər naziri Dominik Raab deyib.
“Tərəflər qan tökülməsinin qarşısını almaq üçün çətin qərar qəbul ediblər” – Raab bildirib.
O qeyd edib ki, bütün tərəflər vətəndaşların rifahı naminə davamlı sülhə nail olmaq üçün birlikdə çalışmalıdırlar.