Britaniya səfiri Azərbaycan Prezidentinə təşəkkür etdibackend

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqüs Ould Azərbaycan Prezidenti İlham Əliyevə matəm kitabını imzalamaq üçün səfirliyi ziyarət etdiyinə görə təşəkkürünü bildirib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə diplomat tviterdə yazıb.

“Ülyahəzrət Kraliça II Elizabetin vəfatı münasibətilə matəm kitabını imzalamağa səfirliyə gəldiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Cənab Prezident tərəfindən göstərilən ehtiram və diqqət ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətində böyük əhəmiyyətə malikdir”, – diplomat qeyd edib.