Britaniya səfirindən Qarabağ atları ilə bağlı paylaşımbackend

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz rəsmi tviter hesabında Qarabağ atları ilə bağlı paylaşım edib.

“Yeni Gündəm” xəbər verir ki, paylaşımda deyilir:

“Bu il Böyük Britaniya Kraliça II Yelizavetanın taxtda olmasının 70 illiyini qeyd edir. Kraliçanın atlara olan sevgisi hamıya məlumdur. Ona təqdim olunan hədiyyələr arasında 1956-cı ildə verilmiş Zaman adlı məşhur Qarabağ atı da var. Qarabağ atları dəfələrlə Kral Vindzor At Şousunda çıxış ediblər”.